- İmtahan iştirakçılarının davranış qaydaları

 - imtahana gələrkən özləri ilə qələm və şəxsiyyət vəsiqələrini gətirməlidirlər;
 - imtahan keçirilən məkana gələrək, girişdə qeydiyyatdan keçməli və imtahan nəzarətçilərinin təlimatına uyğun olaraq binaya daxil olmalıdırlar;
 - imtahan zalına daxil olduqdan sonra onlar üçün nəzərdə tutulmuş yerlərdə oturmalı və təlimatı gözləməlidirlər. Təlimat və imtahana başlamaq haqqında məlumat verildikdən sonra imtahana başlamaq olar;
 - nəzarətçilər təlimat verərkən müəllimlər imtahanlar zalında sakitliyi tam təmin etməli, bir-birilərinin təlimatı dinləmələrinə mane olmamalıdırlar;
 - imtahan zamanı bir-birindən köçürməməli, bu və ya digər hər hansı bir səbəbə görə sakitliyi pozmamalıdırlar;
 - imtahanda iştirakçılar onlara verilən vərəqlərdən əlavə heç bir vasitədən istifadə etməməlidirlər. Pərgar, kalkulyator, əlavə vərəq, kitabça və sair kimi ləvazimatların imtahanlara gətirilməsi və ya istifadə edilməsi qadağandır;
 - mobil telefonlar söndürülməlidir;
 - yuxarıda qeyd edilən qaydalara riayət etməyən imtahan iştirakçıları imtahandan xaric olunacaq və onların nəticələri ləğv olunacaqdır.