- Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. İmtahanlar Masallı Olimpiya İdman Kompleksində keçirilir.

Soyuq və qarlı hava şəraitinə baxmayaraq, imtahanda müəllimlərin davamiyyəti 98 faiz təşkil edir.

İki gün ərzində keçiriləcək diaqnostik qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək.